Şəkidə dağlıq ərazidə köməksiz qalan iki nəfər xilas edildi - VİDEO

 09:32 11.05.2026     265

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şəki rayonunda dağlıq ərazidə iki nəfərin yolunu azması və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri axtarış-xilasetmə əməliyyatına cəlb olunub.

Gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağlıq ərazidə azmış vətəndaşlar tapılaraq xilas olunublar.

Vumart və Güvən reklamı Vumart Güvən