Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi - VİDEO

 17:46 12.05.2026     385

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 12-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

DİN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

22
Vumart və Güvən reklamı Vumart Güvən