Rixard Raşi Azərbaycana GƏLDİ

 22:47 12.05.2026     515

Mayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi ölkəmizə rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı və onun rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov və protokol əməkdaşları qarşılayıblar.

Vumart və Güvən reklamı Vumart Güvən