Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatdı - FOTO - YENİLƏNİB

 14:01 13.05.2026     1112

Cəbrayıl rayonunun Şükürbəyli kəndində köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.

Redaktor.az xəbər verir ki, növbəti köç karvanı ilə kəndə çatan ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşları tərəfindən mina təhlükəsi ilə bağlı məlumat verilib, təhlükəsizlik qaydaları izah olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 97 ailə, ümumilikdə 419 nəfər köçürülüb.

***

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç olub.

Redaktor.az xəbər verir ki, bu gün Şükürbəyli kəndinə 97 ailə-419 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Redaktor.az xəbər verir ki, bu mərhələdə Zəngilan şəhərinə 59 ailə - 235 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 97 ailə - 419 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir (AZƏRTAC).

2222222
Vumart və Güvən reklamı Vumart Güvən