Xocalıya növbəti köç karvanı yola salındı - FOTO

 14:30 16.05.2026     375

Köç karvanları Xocalı rayonuna çatıb.

Redaktor.az  xəbər verir ki, bu mərhələdə Badara kəndinə 33 nəfərdən ibarət 10 ailə, Təzəbinə kəndinə 60 nəfərdən ibarət 10 ailə, Xanabad kəndinə 33 nəfərdən ibarət 9 ailə, Ballıca kəndinə 22 nəfərdən ibarət 4 ailə, Xanyurdu kəndinə 18 nəfərdən ibarət 4 ailə, Daşbulaq kəndinə isə 13 nəfərdən ibarət 4 ailə köçürülüb və onlara yeni mənzillərinin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Redaktor.az xəbər verir ki, bu gün respublikanın müxtəlif yerlərində - əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə yola salınıb.

Bu mərhələdə Badara kəndinə 10 ailə - 33 nəfər, Təzəbinə kəndinə 10 ailə - 60 nəfər, Xanabad kəndinə 9 ailə - 33 nəfər, Ballıca kəndinə 4 ailə - 22 nəfər, Xanyurdu kəndinə 4 ailə - 18 nəfər, Daşbulaq kəndinə isə 4 ailə - 13 nəfər köçürülür. 

Uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Xocalı sakinləri həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər (AZƏRTAC).

22
Vumart və Güvən reklamı Vumart Güvən