Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - RƏSMİ
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır.
Bu barədə Redaktor.az-ın sorğusuna cavab olaraq qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, müvafiq tapşırığa əsasən, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən "Gürcüstan Dəmir Yolları" SC ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr davam etdirilir.













