Xankəndi və Xocalıya dolu və güclü yağış yağdı - FOTO

 14:35 26.05.2026     259

Mayın 26-sı günorta saatlarında Xankəndi şəhərinə və Xocalı rayonuna güclü yağış və dolu yağıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, yağışlı hava şəraitinə baxmayaraq, ərazilərdə hər hansı kommunal problem qeydə alınmayıb, infrastrukturun fəaliyyəti fasiləsiz təmin edilib.

Elektrik, su və rabitə xətlərində nasazlıq yaranmayıb, yolların hərəkətində də məhdudiyyət müşahidə olunmayıb.

222222
Vumart və Güvən reklamı Vumart Güvən