Bakı-Tbilisi-Bakı sərnişin qatarı Gürcüstan paytaxtından yola DÜŞDÜ

 21:46 28.05.2026     400

Bakı-Tbilisi-Bakı sərnişin qatarı Gürcüstandan Azərbaycana yola salınıb.

Redaktor.az xəbər verir ki, qatar ertəsi gün saat 06:24-də Bakıya çatacaq.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq veriləcək.

Gürcüstan ərazisində isə qatarlar Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq edəcək ("Report").

Vumart və Güvən reklamı Vumart Güvən