Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin NƏZƏRİNƏ!
Avtomobil yollarında vəziyyət açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 31-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.













