Bakıda cərrah vəfat ETDİ
Nizami Tibb Mərkəzinin ümumi cərrahı Asiman Əhmədova vəfat edib.
Redaktor.az xəbər verir ki, Asiman Əhmədova 1982-ci ildə anadan olub.
O, 2000–2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində, 2004–2006-cı illərdə isə İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında Cərrahiyyə ixtisası üzrə təhsil alıb.
2008-ci ildən müxtəlif tibb müəssisələrində çalışan A.Əhmədova 2024-cü ildən Nizami Tibb Mərkəzində ümumi cərrah kimi fəaliyyət göstərib.
Mərkəzin rəhbərliyi və kollektivi onun vəfatını dərin kədər hissi ilə qarşılayaraq ailəsinə və yaxınlarına səbir diləyib.
Allah rəhmət eləsin.













