Psixoloqdan vacib xəbərdarlıq: Bu halları tənbəllik saymayın

 10:40 02.06.2026     389

Biznes psixoloqu və iqtisadçı Yekaterina Katalina bildirib ki, insanın işləmək istəməməsi hər zaman tənbəllik və ya intizamsızlıq demək deyil.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda aif.ru-ya danışıb.

Onun sözlərinə görə, davamlı yorğunluq, diqqətin tez yayınması və işə başlamaqda çətinlik çəkmək tükənmənin əlamətləri ola bilər.

Ekspert qeyd edib ki, əgər insan tez-tez işi təxirə salır, sadə tapşırıqlara belə hazırlaşmaq üçün çox vaxt sərf edir və ya işə getməkdə çətinlik çəkirsə, bu, həddindən artıq iş yükündən qaynaqlana bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən