TƏBİB-də yeni TƏYİNAT

 11:53 02.06.2026     330

Zara İbrahimzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri təyin olunub.

Redaktor.az xəbər verir ki, o bu barədə özünün sosial media hesabında paylaşım edib.

O, bu təyinata qədər  ABB-də Marketinq departamentinin direktoru, “PAŞA Bank” ASC-də Baş İcraçı Direktorun müşaviri vəzifələrində çalışıb. 

Xatırladaq ki, bu vaxta qədər TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi müvəqqəti olaraq Elnur Hidayətoğluna həvalə edilmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən