Azərbaycanda keçmiş deputat vəfat ETDİ

 14:21 02.06.2026     311

Zərdab Peşə Liseyinin sabiq direktoru, keçmiş deputat Əlihüseyn Əliyev vəfat edib.

Redaktor.az-ın məlumatına görə, o, 76 yaşında dünyasını dəyişib.

Ə.Əliyev 1991-ci ilədək rayon partiya komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri və ideoloji şöbənin müdiri vəzifələrində çalışıb.

O, iki dəfə Zərdab rayonundan deputat seçilib. Sabiq deputat 2016-cı ilədək Zərdab Peşə Liseyinin direktoru vəzifəsində çalışıb (modern.az).

Vumart və Güvən reklamı Vumart Güvən