Bakının bu qəsəbəsində iki günlük su fasiləsi OLACAQ
Yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədar Qaradağ rayonu Lökbatan qəsəbəsində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Redaktor.az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Bildirilib ki, 02 iyun gecə saatlarından 04 iyun günorta saatlarınadək davam edəcək proses zamanı qəsəbəyə suyun verilməsi dayandırılacaq.
Qurumdan qeyd olunub ki, fasilə yeni su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə bağlıdır.













