Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə olunur - FAKTİKİ HAVA

 15:10 02.06.2026     180

İyunun 2-si saat 15:00-a olan faktiki hava açqılanıb.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 26, Goranboyda 23, Mingəçevirdə 22, Tovuz, Şahdağda 20, Kəlbəcər, Bərdə, Ağdamda 18, Şabran, Tərtərdə 16, Lerik, Oğuz, Şəki, Yevlaxda 15 m/s-yə çatır.

Daşkəsən, Gədəbəy, Gəncə, Mingəçevir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Quba, Şahdağ, Qusar, Qax (Sarıbaş), Şabranda arabir yağış yağır.

Vumart və Güvən reklamı Vumart Güvən