Kartla ödənişlərdə mühüm dəyişiklik: hansı marşrut və stansiya olduğu göstəriləcək

 21:39 02.06.2026     1386

Artıq bank kartı ilə həyata keçirilən ödənişlər üzrə qəbzlərdə əməliyyatın aid olduğu marşrut xətti və ya metro stansiyası məlumatı əks olunur.

Redaktor.az xəbər verir ki, bu barədə “Bakıkart” məlumat yayıb.

Bildirilib ki, yeni funksiya istifadəçilərə ödənişlərini daha rahat izləməyə və əməliyyatları daha asan identifikasiya etməyə imkan verir.

“Bu yenilik ödəniş məlumatlarının daha şəffaf və anlaşıqlı təqdim olunmasına xidmət edir”, - deyə məlumatda qeyd edilib.

Vumart və Güvən reklamı Vumart Güvən