İyunda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ÜNVANLAR

 12:21 04.06.2026     232

2-25 iyun tarixində Daşkəsəndə, Şabranda, Hacıqabulda, Astarada, Tərtərdə, Ağsuda, Yevlaxda  və Xırdalanda, 16-25 iyun tarixində isə Mərdəkanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Bu barədə Redaktor.az-a "ASAN xidmət"dən məlumat verilib.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. 

Ağsuda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən