Bakının bu rayonunun bəzi ərazilərində qaz KƏSİLƏCƏK

 09:00 05.06.2026     339

Bu gün Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə Redaktor.az "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 05.06.2026-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M. Ə. Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Vumart və Güvən reklamı Vumart Güvən