Goranboyda gizli video çəkən məmura cinayət işi AÇILDI

 16:19 05.06.2026     1869

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli cinayət məsuliyyətinə cəlb edilib.

Redaktor.az bakupost.az-a istinadən xəbər verir ki, Ş.Qənbərli həmyerlisinin şəxsi həyatına dair məlumatları gizlicə lentə alıb yaymaqda ittiham edilir.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Ş.Qənbərli daha əvvəllər evli qadını qaçırması ilə bağlı gündəmə gəlib. Həmin vaxt o, şöbə müdiri vəzifəsindən çıxarılaraq RİH-də baş məsləhətçi təyin edilmişdi. Lakin bir müddət əvvəl həmin vəzifəsindən də azad olunmuşdu.

Vumart və Güvən reklamı Vumart Güvən