Gəmidə ölən Məhəmməd yenicə ata OLMUŞDU

 17:29 05.06.2026     346

Bu gün gecə saatlarında göyərtəsində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları təşkil edilib. Hadisə zamanı həyatını itirən azərbaycanlı dənizçilərdən birinin kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, hücum zamanı dünyasını dəyişən şəxs "Natra" gəmisinin kapitanının 2-ci köməkçisi Məhəmməd Əliyevdir.

Qeyd edək ki, mərhum dənizçi ailəli olub və yaxın günlərdə körpəsi dünyaya gəlibmiş (modern.az).

Vumart və Güvən reklamı Vumart Güvən