Bəzi ərazilərdə qaz OLMAYACAQ

 19:54 05.06.2026     419

Ağcabədidə bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar olaraq iyunun 9-da saat 10:00-dan işlər yekunlaşanadək Ağcabədi şəhərinin Heydər Əliyev prospekti, Həzi Aslanov, Eynulla İsmayılov, Xəlil Səfərəliyev, Vaqif və Vidadi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Vumart və Güvən reklamı Vumart Güvən