Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddialar dezinformasiyadır - MEDİA

 20:12 05.06.2026     416

“5 iyun 2026-cı il tarixində “middleeasteye.net” və “haaretz.com” informasiya resurslarında yayımlanan İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddialar heç bir fakta istinad etmədən tirajlanan kobud manipulyasiya nümunəsi olmaqla dezinformasiya xarakteri daşıyır”.

Redaktor.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaydığı açıqlamada qeyd edilib.

Bildirilir ki, həmin iddialar beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən