"Beş metr məsafəni keçmək üçün üç saat tıxacda qalıram" - Sürücülər yoldan narazılıq ETDİ

 23:13 05.06.2026     457

Bir qrup vətəndaş Baku TV-nin qaynar xəttinə müraciət edərək Binəqədi şosesi ərazisində yolun bərbad vəziyyətə düşdüyünü bildirib.

Redaktor.az xəbər veirr ki, onların sözlərinə görə, ərazidə bir müddət əvvəl kanalizasiya xəttində aparılan təmir-bərpa işlərindən sonra yol əvvəlki vəziyyətinə qaytarılmayıb. Paytaxtda yağan intensiv yağışlardan sonra isə yolda çuxurlar əmələ gəlib.

Bildirilir ki, bu vəziyyət nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradır, avtomobillərin tez-tez zədələnməsinə səbəb olur və ərazidə tıxacların yaranmasına gətirib çıxarır.

"Bu vəziyyətdə maşın sürmək olmur, avtomobillərimiz dağılır", "Bu yolu aylarla qazdılar, sürücülər tıxacda qalırdı. İndi də belə vəziyyət yaranıb", - deyə sürücülər narazılıqlarını dilə gətiriblər.

Vumart və Güvən reklamı Vumart Güvən