Bu mərkəzə yeni direktor təyin EDİLDİ

 18:42 06.06.2026     356

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus "Nəqliyyat Təlim Mərkəzi" MMC-yə yeni direktor təyin edilib.

Redaktor.az xəbər verir ki, MMC-nin yeni rəhbəri Orxan Həsənovdur.

O bu vəzifədə Əyyub Kərimlini əvəz edib.

"Nəqliyyat Təlim Mərkəzi" 2004-cü ildə "Albalılıq Avtoparkı" adı ilə yaradılıb, 2025-ci ildə adı dəyişdirilib. Onun nizamnamə kapitalı 17.2 min manatdır.

Vumart və Güvən reklamı Vumart Güvən