Bu əraziyə dolu DÜŞDÜ

 16:03 07.06.2026     359

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.

Redaktor.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, bəzi dağlıq və dağətəyi zonalarda yağıntı müşahidə olunur.

Şahbuz rayonunun Kükü kəndinə isə dolu düşüb. Dolunun diametri 5 millimetr təşkil edib.

Vumart və Güvən reklamı Vumart Güvən