Eynulla Fətullayevin yerinə o rəhbər təyin EDİLDİ
Haqqın.az saytına yeni rəhbər təyin edilib.
Redaktor.az manset.az-a istinadla bildirir ki, bu vəzifəyə caliber.az saytının baş redaktoru Timur Hüseynov gətirilib. O, "Caliber"in kollektivi ilə vidalaşıb. Yeni rəhbər təyin olunduğu kollektivə təqdim edilərək fəaliyyətə başlayıb.
Qeyd edək ki, bir müddət əvvəl Eynulla Fətullayevin haqqın.az saytını satdığı və Azərbaycandan getdiyi ilə bağlı məlumatlar yayılmışdı.













