Yükdaşımada keyfiyyət və operativlik axtaranlar üçün doğru ÜNVAN
Beynəlxalq ticarət əlaqələrinin sürətlə inkişaf etdiyi bir dövrdə etibarlı logistika xidmətlərinə tələbat da artır. Bu sahədə fəaliyyət göstərən "EVEREST TRANSPORTATİON" MMC müasir nəqliyyat vasitələri və peşəkar komandası ilə müştərilərinə beynəlxalq yükdaşımalar üzrə müxtəlif xidmətlər təqdim edir.
Redaktor.az xəbər verir ki, şirkət həm tam yük (FTL), həm də qrupaj yük (LTL) daşımalarını həyata keçirərək müxtəlif həcmli yüklərin daşınmasına imkan yaradır. "EVEREST TRANSPORTATİON" MMC-nin fəaliyyət istiqamətlərinə beynəlxalq marşrutlar üzrə yük daşınması, logistika prosesinin koordinasiyası və yüklərin təhlükəsiz şəkildə çatdırılması daxildir.
Şirkət nümayəndələrinin sözlərinə görə, əsas məqsəd müştərilərə sərfəli qiymətlərlə operativ və etibarlı logistika həlləri təqdim etməkdir. Bu məqsədlə yüklərin hərəkətinə nəzarət edilir, çatdırılma müddətlərinə xüsusi diqqət yetirilir və daşınma prosesinin təhlükəsizliyi təmin olunur.
Şirkət hesab edir ki, uğurlu biznesin əsas şərtlərindən biri etibarlı logistika tərəfdaşı seçməkdir. Bu baxımdan "EVEREST TRANSPORTATİON" MMC müştərilərinə beynəlxalq yükdaşımalar sahəsində peşəkar xidmət göstərməyi hədəfləyir.













