Azovda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə GƏTİRİLDİ
Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib.
Redaktor.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.
"Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib. Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - məlumatda deyilir.













