Bakının 3 rayonunda qaz KƏSİLƏCƏK

 00:52 12.06.2026     413

Paytaxtın Sabunçu, Surraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz kəsiləcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

“Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 12-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun G. Dmitrov, L. Tolstoy, D. Bünyadzadə, Ə. Qarayev, Deputat küçələrinin və Əlillər evinin, Suraxanı və Səbail rayonlarının MİDA yaşayış komplekslərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq”, - deyə məlumatda qeyd edilib.

Vumart və Güvən reklamı Vumart Güvən