"Azəriqaz"ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinlədi - FOTO

 18:37 12.06.2026     219

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Cəbrayıl rayonunda baş tutub.

"Azəriqaz"ın Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, birlik rəhbəri Cəbrayıl sakinlərilə yanaşı, Beyləqan və Ağcabədi rayonlarından qəbula gələn vətəndaşların da qaz təchizatı ilə bağlı müraciət və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, debitor borcun ödənilməsində köməkliyin göstərilməsi və təbii qaza tətbiq edilən limitlərlə bağlı olub. 

Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.
Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Qarabağ Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

222222222
Vumart və Güvən reklamı Vumart Güvən