Özəl reabilitasiya mərkəzində müəmmalı ÖLÜM

 15:50 13.06.2026     362

Paytaxtın Binəqədi rayonunda yerləşən özəl reabilitasiya mərkəzinə yerləşdirilən şəxs müəmmalı şəraitdə ölüb.

Redaktor.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iyunun 12-si saat 09 radələrində Görədil qəsəbəsi ərazisində yerləşən “Reself Lite” reabilitasiya mərkəzində baş verib.

Belə ki, orada müalicə alan Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Ə. Ramazanov naməlum səbəbdən ölüb. Onun bir müddətdir qeyd edilən mərkəzdə müalicə aldığı bildirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğuna araşdırmalara başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən