Ümumdünya Qan Donoru Günüdür

 07:49 14.06.2026     262

İyunun 14-ü dünyada Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur.

Redaktor.az xəbər verir ki, bu il gün “Bəşəriyyətin bir damlası. Qan verin. Həyat xilas edin” şüarı ilə keçirilir. Məqsəd təhlükəsiz qana olan ehtiyac barədə məlumatlılığı artırmaq, könüllü qan donorlarını təşviq etmək və onların cəmiyyət üçün əhəmiyyətini vurğulamaqdır.

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə qeyd olunan bu gün qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum gününə təsadüf edir. Mütəxəssislər bildirirlər ki, müntəzəm və təmənnasız qan donorluğu milyonlarla insanın həyatının xilas edilməsində mühüm rol oynayır.

AYSEL

Vumart və Güvən reklamı Vumart Güvən