Hidayət Orucovun nəşi Bakıya nə vaxt gətiriləcək?
Azərbaycanın ictimai-siyasi xadimi Hidayət Orucovun nəşi yaxın günlərdə Bakıya gətiriləcək.
Redaktor.az xəbər verir ki, by barədə oxu.az-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Qeyd edək ki, Hidayət Orucov 13 iyunda İstanbul şəhərində dünyasını dəyişib. O, uzun illər dövlət idarəçiliyi, diplomatik fəaliyyət və ədəbi yaradıcılıq sahələrində çalışıb.













