Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv OLUNDU

 13:40 14.06.2026     331

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə Azərbaycan Hava Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub.

Bu barədə Redaktor.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. 

Hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.

Vumart və Güvən reklamı Vumart Güvən