"Elə davranırlar ki, sanki buralar ulu babalarından miras qalıb" - Sakinlər dəniz sahilinin hasarlanmasından ŞİKAYƏTÇİDİRLƏR

 20:25 14.06.2026     406

Son vaxtlar ictimai müzakirələrdə dəniz kənarlarının hasarlanması və sahil zonalarına girişin məhdudlaşdırılması məsələsi yenidən gündəmə gəlib.

Redaktor.az xəbər verir ki, Baku TV mövzu ilə bağlı sakinlərin fikirlərini öyrənib.

"Ümumi sərvətlər var ki, onlar xalqa məxsusdur. Amma bəzi insanlar elə davranırlar ki, sanki bu ərazilər onlara ulu babalarından miras qalıb", - deyə sakinlərdən biri bildirib.

"Bu, təbiətə müdaxilədir. Ölkə sakinləri ilə Xəzər dənizi arasında, min illərdir bizə miras qalmış sahil xətti arasında süni sədd çəkilir. Bu, yolverilməzdir", - digər sakin qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən