Kafedə yemək yediyi yerdə boğuldu - VİDEO

 21:52 15.06.2026     379

Bakıda yerləşən kafelərdən birində yemək yeyən şəxs qəfil boğulmağa başlayıb.

Redaktor.az xəbər verir ki, tikəsi nəfəs yoluna düşən şəxsin vəziyyəti ətrafdakıların təşvişə düşməsinə səbəb olub.

Bu zaman yaxınlıqdakı masadan qalxan bir nəfər “Heymlix manevri” (tənəffüs yollarına qida və ya digər yad cisim düşərək boğulma təhlükəsi yarandığı anlarda həyat qurtaran təcili yardım üsulu) tətbiq edərək onu xilas edib.

Qeyd edək ki, hazırda şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir.

Daha ətraflı “Xəzər TV”nin süjetində:

 

Vumart və Güvən reklamı Vumart Güvən