“Messidən də az iş görmürlər” - Rəşad Məcid jurnalistləri TƏRİFLƏDİ
"İdman jurnalistlərimizin peşəkarlığı və məlumatlılığı barədə bir neçə dəfə fikir bildirmişəm. Futbol üzrə Dünya Çempionatını yayımlayan İctimai Televiziyanın operativliyini də xüsusi qeyd etmək, oyundakı hər qolun azca keçməmiş İTV-nin sosial media səhifələrində yerləşdirilməsini də vurğulamaq lazımdır. Amma oyunları şərh edən bizim idman jurnalistlərimizin səviyyəsi xüsusi qeyd olunmalıdır".
Redaktor.az xəbər verir ki, bu barədə özünün feysbuk hesabında Mətbuat Şurasının sədri Rəşad Məcid yazıb.
"Tural Dadaşov barədə bir dəfə yazmışdım. Dilimizin zəngin qatlarından yeri gələndə məharətlə istifadə etmək, emosiya, həyəcan yaratmağı bacarmaq, komanda və oyunçular barədə ətraflı məlumatlar vermək!
Bizim aparıcılar valeh edirlər.
Heç ilk oyunda 3 qol vuran Messidən də az iş görmürlər (gülür).
Təbriklərimi çatdırıram!", - deyə o yekunlaşdırıb.













