Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

 22:05 17.06.2026     434

Sabah Bakının bir hissəsində qaz olmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. 

Bildirilir ki, payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Şuşa, Kənd Ramana, Savalan, Maştağa qəsəbələrinin, həmçinin Səbail rayonunun Badamdar qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Vumart və Güvən reklamı Vumart Güvən