ADY Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahələrində enerji sistemini yenilədi - VİDEO

 13:42 18.06.2026     241

ADY Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemini yeniləyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, Ağstafa stansiyasında isə işlər tamamlanma mərhələsindədir.

"ADY Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemini yeniləyib. Yenilənmiş kontakt şəbəkə sayəsində enerjidən səmərəli istifadə, hərəkət təhlükəsizliyi və sürətinin yüksəldilməsi, sərnişin və yük həcminin artırılması təmin ediləcək", - deyə QSC-nin məlumatında qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən