Gəlinlik modasında köhnə dəb yenidən trendə ÇEVRİLİR
2026-cı ildə gəlinlik dəbində 1990-cı illərin üslubu yenidən ön plana çıxacaq.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Toy sənayesi mütəxəssislərinin sözlərinə görə, minimalist gəlinliklər yenidən populyarlıq qazanır. Gəlinlər daha sadə dizaynlı, keyfiyyətli parçalardan hazırlanan və ağır bəzəklərlə yüklənməyən modellərə üstünlük verirlər.
Mütəxəssislər bildirirlər ki, müasir gəlinliklərdə əsas diqqət təmiz xətlərə, zərif görünüşə və geyimin siluetinə yönəlib. Hətta həcmli donlar belə, krujeva və muncuqdan çox, sadə və eleqant görünüşü ilə seçilir.
Dizaynerlər hesab edirlər ki, bu tendensiya toyların formatı ilə də bağlıdır. Belə ki, son illərdə cütlüklər daha kiçik mərasimlərə və intim qəbullara üstünlük verməyə başlayıblar.
Aytəkin TOFİQQIZI













