Cahangir Fərəcullayevə VƏZİFƏ VERİLDİ

 20:47 18.06.2026     390

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Cahangir Fərəcullayev UEFA Marketinq Məsləhət Komitəsinin üzvü təyin edilib.

Redaktor.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C.Fərəcullayev sözügedən komitədə fəaliyyət göstərəcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi UEFA Komitələri və Ekspert Panellərinin tərkibini müzakirə edib və qitə futbol qurumuna üzv assosiasiyalar tərəfindən təqdim edilən namizədlər əsasında təklif olunan yeni tərkibi təsdiqləyib.

Vumart və Güvən reklamı Vumart Güvən