Yağış, dolu, şimşək... - FAKTİKİ HAVA

 23:56 20.06.2026     310

İyunun 20-si saat 22:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Naftalan, Şəki, Balakən, Oğuz, Qusarda şimşək çaxır, arabir yağış yağır.

Saat 20:10 radələrində Qazax rayonuna diametri 10-12 mm, saat 20:20 radələrində isə Ağstafa rayonu ərazisinə diametri 25-28 mm olan dolu düşüb.

Vumart və Güvən reklamı Vumart Güvən