32 rayonda 52 aqropark yaradılıb - Prezidentin köməkçisi

 12:01 22.06.2026     3668

Prezidentin tapşırıqlarına əsasən, 32 rayonda 52 aqropark yaradılıb.

Redaktor.az "Azərtac"a istinadla xəbər verir ki, bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Biləsuvarda keçirilən regional müşavirədə Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov deyib.

“Aqroparkların yaradılması sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, o cümlədən bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığın aradan qaldırılmasında və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edib”, - deyə Xalid Əhədov bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən