Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam edir

 16:47 24.06.2026     230

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işlərini davam etdirir.

Redaktor.az xəbər verir ki, ümumi uzunluğu 30 kilometr olan xətt üzrə may ayında başlanılan söküntü işləri artıq tamamlanıb.

Məlumata görə, layihə çərçivəsində ümumilikdə 174 mühəndis qurğusunun inşası nəzərdə tutulur. Bunlara 4 körpü, 12 avtomobil keçidi, 98 suötürücü boru və 60 ehtiyat keçidi daxildir.

Bildirilib ki, hazırda yol yatağının tikintisi mərhələsi davam etdirilir.

Qeyd olunub ki, sözügedən dəmir yolu xəttində 1967-ci ildən bəri əsaslı təmir aparılmadığı üçün qatarların hərəkət sürəti 10–60 km/saat arasında dəyişirdi. Yenidənqurma işləri başa çatdıqdan sonra isə hərəkət sürətinin artırılması, daha sürətli və fasiləsiz dəmir yolu əlaqəsinin təmin olunması planlaşdırılır.

Məlumata əsasən, layihənin icrası Yevlaxdan Xankəndiyə qədər müasir dəmir yolu infrastrukturunun formalaşdırılmasına töhfə verəcək.

Vumart və Güvən reklamı Vumart Güvən