Nəriman Həsənzadənin son vəziyyəti AÇIQLANDI

 12:05 28.06.2026     379

“Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır”.

Redaktor.az  xəbər verir ki, bu sözləri bakıvaxtı.az-a açıqlamasında Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.

O qeyd edib ki, şairin yaddaşı, huşu özündə deyil: “Nə danışır, nə yeriyir, nə yeyir. Süni tənəffüs verilir, yuxudadır. Həkimlər də, biz də geri dönüş gözləyirik. İnşallah”.  

Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə olunur. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə qəbul olunub.

Vumart və Güvən reklamı Vumart Güvən