Əli Əsədovdan sərnişindaşıma ilə bağlı QƏRAR
Baş nazir Əli Əsədov “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri”nin təsdiq edilməsi barədə qərar imzalayıb.
Redaktor.az bildirir ki, şərtlər “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezidentin 2025-ci il 19 sentyabr tarixli 497 nömrəli Fərmanının 3.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.













