Sabah Zaqatalanın bəzi ərazilərində qaz KƏSİLƏCƏK
Sabah Zaqatalanın bəzi küçələrinin qaz təchizatı dayandırılacaq.
Bu barədə Redaktor.az-a Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun Azərbaycan prospektinin, F. Əmirov, V. Qurbanov, Ç. Mustafayev və İstiqlaliyyət küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.













