Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

 16:38 29.06.2026     234

Azərbaycanın rayonlarında iyunun 30-u gündüzdən iyulun 1-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Vumart və Güvən reklamı Vumart Güvən