Paytaxtın bu rayonlarında işıq KƏSİLƏCƏK

 09:00 01.07.2026     258

Bu gün paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişəq"dan Redaktor.az-a verilən məlumata görə, iyulun 1-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Əsəd Əhmədov, Vasif Əliyev, Yeni Yasamal küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən Komplekt Transformator Məntəqələrində (KTM) icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Heydər Əliyev prospekti və Davud Aslan küçəsinin bəzi ərazilərini əhatə edəcək.

"Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək". - məlumatda qeyd olunur.

Vumart və Güvən reklamı Vumart Güvən