Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi - Digər generala yüksək vəzifə verdi

 10:46 03.07.2026     654

Fövqəladə Hallar Nazirliyində general vəzifəsindən azad edilib.

Redaktor.az manset.az-a istinadla xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Nazirin digər əmri ilə FHN-in baş hərbi eksperti, general-mayor Fərhad Səmədov Milli Aviasiya Dəstəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Fərhad Səmədov uzun illərdir FHN-də çalışır. O, bundan əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.

Fotoda Əşrəf Qasımov

Fotoda Fərhad Səmədov 

Vumart və Güvən reklamı Vumart Güvən